“Mən əminəm ki, törətdiyi əməllərə və səhvlərə görə Avropada yaşayanlar hamısı gəlib Prezident İlham Əliyevdən üzr, istəyəcəklər, kömək diləyəcəklər”.
KONKRET.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, tövbə qapıları hər zaman açıqdır: “Onlar gəlib tövbə edə bilərlər. Bu insanlar uzun illər ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin apardığı siyasətə əks mövqe sərgiləyiblər, bu siyasətə qarşı ziddiyyətli addımlar atıblar”./report/