Eminin anası əkizlərdən danışdı – “Heç gözləməzdim ki…”backend

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Xalq artisti Emin Ağalarovun anası İrina Ağalarova əkiz nəvələri Əli və Mikayıl haqqında danışıb.

KONKRET.az xəbər verir ki, o, nəvələri haqqında bu ifadələri səsləndirib.

“Əkizlər olanda, bu hiss heç nə ilə müqayisə edilməz idi. Sən onlara yaxınlaşırsan və bilmirsən ki, hansına birinci baxasan. Təəssüf ki, ancaq bir istiqamətdə baxa bilirsən. Nə vaxt ki, onlar sənə nəsə demək üçün qaçırlar, qalırsan hansına qulaq asasan. Bu, möhtəşəm hissdir. Onlar inanılmaz dərəcə gözəl tərbiyə olunublar, nəcib, nəzakətli. Heç gözləməzdim ki, bu yaşda belə dözümlü olacaqlar”.

Qeyd edək ki, Eminin Əminə və Afina adlı daha 2 qız övladı var. Afina ifaçının Alyona Qavrilova ilə nikahından dünyaya gələn qızıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*