Əmlakçıların və vətəndaşların NƏZƏRİNƏ: Bu sənədi mütləq imzalayın, əks halda…backend

Əmlakçıların və vətəndaşların NƏZƏRİNƏ: Bu sənədi mütləq imzalayın, əks halda...

“Əmlak alqı-satqısı zamanı vətəndaşlarla vasitəçilər (makler və ya realtorlar) arasında tez-tez problemlər yaranır. Əsas səbəblərdən biri tərəflər arasında yazılı müqavilənin olmamasıdır. Əmlakın satışı zamanı ilk növbədə satıcı və vasitəçi arasında müqavilə bağlanmalı, tərəflərin hüquq və vəzifələri, o cümlədən komissiya haqqı müqavilədə dəqiq şəkildə qeyd olunmalıdır”.

Bu fikirləri əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə KONKRET.az-a açıqlamasında səsləndirib:

Uniprice Qiymətləndirmə Mərkəzinin rəhbəri Ramil Qasımzadə ARB24  telekanalına müsabibə verib – UniPrice.az

“Komissiya məbləği qanunvericiliklə tənzimlənmədiyi üçün bu məsələ tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilir. Əmlak bazarında formalaşmış qeyri-rəsmi qaydalara əsasən, adətən satıcı maklerə 2 faiz, alıcı isə 1 faiz komissiya ödəyir. Lakin bəzi hallarda yalnız satıcı və ya alıcı bu məbləği ödəyir. Qiymət və razılaşma şərtləri fərqli olduğuna görə, tərəflər arasında tez-tez narazılıqlar və hətta mübahisələr yaşanır.
Əmlak satışının baş tutmasından sonra da bəzən alıcı və ya satıcı komissiya ödənişindən imtina edir. Elə hallar da olur ki, vətəndaşlar makleri aldadaraq, sövdələşmənin baş tutmadığını bildirir və notarial qaydada evi vasitəçidən gizli satırlar”.

Ekspert bu kimi halların qarşısını almaq üçün vasitəçilərlə yazılı müqavilə bağlamağı tövsiyə edir.

“Müqavilədə evin satış müddəti, komissiya məbləği və ödənişin şərtləri konkret şəkildə göstərilməlidir. Bu, gələcəkdə tərəflər arasında hüquqi mübahisələrin qarşısını almağa və vasitəçinin hüquqlarının qorunmasına imkan verir. Müqavilə olduğu halda maklerlər ödənilməyən komissiya ilə bağlı məhkəməyə müraciət edə və öz hüquqlarını müdafiə edə bilərlər.

Hazırda əmlak bazarında bir çox vasitəçi fəaliyyətini yalnız şifahi razılaşma əsasında qurur. Ancaq yazılı müqavilə həm alıcının, həm satıcının, həm də vasitəçinin maraqlarının qorunması üçün vacib hüquqi sənəddir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*