“App Economy Insights” analitik şirkəti aylıq auditoriyaya görə ən populyar 20 onlayn platformanın reytinqini yeniləyib.
KONKRET.az xəbər verir ki, siyahıya təkcə sosial şəbəkələr deyil, digər populyar xidmətlər, o cümlədən videohostinq və messencerlər də daxildir.
Belə ki, birinci yeri ayda 2,99 milyard istifadəçi göstəricisi ilə “Facebook” sosial şəbəkəsi tutub. İkinci yerdə “YouTube” videohostinqi (2,69 milyard), üçüncü yerdə “WhatsApp” messenceri (2,45 milyard) qərarlaşıb. Dördüncü yeri isə “Instagram” sosial şəbəkəsi (2,37 milyard) tutub.
Qeyd edək ki, bütün məlumatlar 2023-cü ilin birinci rübünün sonuna aiddir.
Siyahıda sonrakı yerlərdə “TikTok” (1,68 milyard), “WeChat” (1,67 milyard) və “Reddit” (1,66 milyard) qərarlaşıb. Səkkizinci yeri “Facebook Messenger” (930 milyon nəfər), doqquzuncu yeri “Snapchat” (750 milyon nəfər), ilk onluğu isə “Telegram” messenceri (700 milyon nəfər) tamamlayır.
İqbal Rzayev,
KONKRET.az