“Ənənəvi alış-veriş mərkəzlərinə ehtiyac qalmayacaq”backend

"Ənənəvi alış-veriş mərkəzlərinə ehtiyac qalmayacaq"

Dövlət Gömrük Komitəsi xaricdən gətirilən malların gömrük limitinin 300 dollardan 150 dollara endiriləcəyi ilə bağlı səslənən fikirlərə münasibət bildirib. Qurumdan vurğulanıb ki, vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydaları Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir və hazırda bu qərarda hər hansı dəyişiklik yoxdur.

Qeyd edək ki, xaricdən gətirilən mallara gömrük limiti yenidən müzakirə predmetinə çevrilib. Sahibkarlar elektron ticarətin Azərbaycanda sahibkarlığa ciddi zərər vurmasından, gəlirlərinin əhəmiyyətli dərəcədə azaldığından şikayətlənirlər.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az -a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bir neçə ildən sonra gördüyümüz ənənəvi alış-veriş mərkəzləri dünyanın heç bir yerində olmayacaq:

“Artıq dövr dəyişir. Elə ölkələr var ki, onlayn ticarət illik ümumi ticarət dövriyyəsinin yarıdan çoxunu təşkil edir. Azərbaycanda onlayn ticarətin bazar payı 1/5-ə çatmayıb. Lakin vaxt gələcək ki, bu, yarıdan çox olacaq. O zaman iş adamları, pərakəndə satışla məşğul olanlar nə edəcək? İndidən bu problemləri görüb, dövrlə ayaqlaşmalıdırlar. Getdikcə sahibkarların şəhərin mərkəzində böyük mağazalar açıb minlərlə manat icarə pulu verməyinə ehtiyac qalmayacaq”.

N.Cəfərlinin dediyinə görə, sahibkarlar hökumətlə dialoq qurub mövcud vəziyyətdən çıxış yolları axtarmalıdır:

“Amma bu, 300 dollar limitinin azaldılması hesabına baş verməməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*