“Eni” şirkətinin baş direktoru: “2025-ci ilə qədər Rusiyadan qaz alışı dayandırılacaq”backend

Enişirkətinin baş direktoru: "2025-ci ilə qədər Rusiyadan qaz alışı dayandırılacaq"

İtaliyanın “Eni” enerji şirkətinin baş direktoru Klaudio Deskalzi 2024-2025-ci illərin qışına qədər Rusiyadan qaz alışının dayandırılacağını proqnozlaşdırıb.

KONKRET.az Rai News 24” telekanalına istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə müsahibəsində bildirib.

Qeyd edib ki, qaz tədarükünün artırılması üçün Əlcəzairin hakimiyyət orqanları ilə razılaşmalar planlaşdırılır.

“İki il əvvəl biz Əlcəzairdən 21 milyard kubmetr qaz alırdıq, indi isə 25 milyard kubmetr alırıq, gələn il bu rəqəm 28 milyarda çatacaq”, – o deyib.

Deskalzinin sözlərinə görə, İtaliya istehlakın 40%-ni təmin edən Rusiya qazının alışını əhəmiyyətli dərəcədə azaldıb. Hazırda İtaliya Rusiyadan 10 milyard kubmetrə yaxın qaz alır.

Digər tərəfdən, Qahirəyə səfər edən İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib ki, Misirdən LNG tədarükü bu il 3 milyard kubmetrə çatmalıdır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*