Sünikdə itkin düşən iki erməni gənc geri qaytarılıb
Azərbaycanla sərhəddə yerləşən Ermənistanın Sünik bölgəsində itkin düşdüyü bildirilən iki erməni gəncin geri qaytarıldığı açıqlanıb.
KONKERT.az-ın məlumatına görə, bu barədə “Sputnik Ermənistan”a Tex icmasının rəhbəri David Qulunts məlumat verib.
Eyni zamanda Ermənistanın Milli Təhlükəsizlik Xidməti də məlumatı rəsmi şəkildə təsdiqləyib və məsələyə dair ətraflı məlumatın yaxın zamanda veriləcəyini bildirib.
Natiq Səlim,
KONKRET.az