Türkiyənin xarici işlər naziri Hakan Fidan prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərini istisna etməyib.
KONKRET.az xəbər verir ki, Fidanın sözlərinə görə, Ağ Ev administrasiyasının rəhbəri Donald Trampın da Türkiyəyə səfəri ehtimalı var.
“Ərdoğan və Trampın səfər təqvimi üzərində iş gedir. Prezidentimiz Vaşinqtona səfər edə bilər. Cənab Trampın Türkiyəyə səfəri də mümkündür. Səfər ərəfəsində onlar NATO-nun Haaqa sammitində görüşə bilərlər. Tez-tez telefonla əlaqə saxlayırlar, apardıqları danışıqlar son dərəcə məhsuldardır”, – Fidan vurğulayıb.
Xatırladaq ki, mayın 5-də Ərdoğan Trampla telefon danışığından sonra sonuncunun onu ABŞ-a səfərə dəvət etdiyini bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az