Ərdoğan AVRO-2020-ni izləmək üçün Bakıya gələcəkbackend

Ərdoğan AVRO-2020-ni izləmək üçün Bakıya gələcək

Türkiyə Prezidenti “AVRO-2020-nin final mərhələsinin A qrupunun Bakıda keçiriləcək oyunlarını Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə izləyəcək.

KONKRET.AZ xəbər verir ki, bu barədə R.T.Ərdoğan yerli televiziya və radiolara müsahibə verərkən deyib: “Bu oyunlarla əlaqədar İlham Əliyev qardaşımla da danışdıq. O, bu matçları birlikdə seyr etməyimiz üçün məni Bakıya dəvət edib. İnşallah oraya gedəcəyik, iki matçı oradan izləyəcəyik. Əminəm ki, bu dəfə Türkiyə də qrupdan çıxacaq”.

Qeyd edək ki, AVRO-2020-nin final mərhələsinin qrup oyunları gələn il iyun ayının 12-də start götürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*