Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan azərbaycanlı professor Aygün Attarı Türkiyə Prezidenti yanında Təhükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü təyin edib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Cümhuriyyətinin Rəsmi Qəzeti məlumat verib.
Aygün Attar 1962-ci ildə Qubadlıda anadan olub.
O, 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi edib.
Aygün Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır, ailəlidir, 3 övladı var. Rus, ingilis və farsca bilir. Türk-erməni əlaqələri, Orta Asiya tarixi,TransQafqaz tarixi, ümumi Türkiyə tarixi, Rusiya tarixi mövzularında uzmanlaşıb.
Attar 2010-12-ci illərdə Giresun Universitetinin dekanı, 2012-2016-cı ildə isə rektoru olub.
Vəsilə İbrahim
KONKRET.az