Ərdoğan bu məsələni fələstinlilərə hörmətsizlik hesab edirbackend

Ərdoğan bu məsələni fələstinlilərə hörmətsizlik hesab edir

“Türkiyə Qəzzada müharibədən sonra bufer zona yaratmaq planlarının əleyhinədir, çünki bu, fələstinlilərə hörmətsizlik olardı”.

KONKRET.az Reuters agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Qəzzanın idarəçiliyinə və müharibədən sonrakı gələcəyinə yalnız fələstinlilərin qərar verəcəyini bildirib: “Mən hətta bufer zona planını müzakirə etməyi fələstinli bacı və qardaşlarıma hörmətsizlik hesab edirəm. Bizim üçün bu, müzakirə olunan, nəzərdən keçirilən plan deyil”, – deyə Ərdoğan bildirib. O, İsraili işğal etdiyi əraziləri geri qaytarmağa çağıraraq deyib: “İsrail terrorçuları bu torpaqlardan çıxarmalı və fələstinlilərlə necə dinc gələcək qura biləcəyini düşünməlidir” .

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*