Ərdoğan CHP-dən olan millət vəkilinə təzminat davası açdıbackend

Ərdoğan CHP-dən olan millət vəkilinə təzminat davası açdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü, millət vəkili Tuncay Özkana təzminat davası açıb.

KONKRET.az xəbər verir ki, İzmirdən olan millət vəkili prezidentə qarşı əsassız iddialar səsləndirib.

Dövlət başçısının vakili Hüseyn Aydın açıqlamasında qarşı tərəfdən 250 min TL (12 500 manat) tələb etdiklərini deyib.

Ədliyyə naziri Yılmaz Tunç CHP İzmir millət vəkili Tuncay Özkanın prezident Rəcəb Tayyib Ərdoğana yönəlik ifadələrinə görə Prokurorluq tərəfindən istintaq başladıldığını bildirib.

Xatırladaq ki, Özkan öz “X” hesabında Ərdoğana qarşı ittihamlar səsləndirmiş və növbədənkənar prezident seçkiləri tələb etmişdi.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*