“Dünyanı bölmək və ya regionda (Cənubi Qafqazda) ona kölgə salmaq düzgün deyil”.
KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda NATO sammiti çərçivəsində keçirilən mətbuat konfransında müxbirin Ermənistanın Fransa tərəfindən silahlandırlması ilə bağlı sualını cavablandırarkən deyib.
Ərdoğan Fransa prezidenti Emmanuel Makronla da görüşəcəyini qeyd edib.
“Lazım gəlsə, bu mövzuları Makronla müzakirə edəcəyik. Tezliklə onunla yenidən görüşəcəyik və əgər regionda mənfi tendensiyalar olarsa, onunla bunu müzakirə edəcəyik”, – Türkiyə prezidenti əlavə edib.
Natiq Səlim,
KONKRET.az