Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 30-da Ankarada Almaniya kansleri Fridrix Mertsi ilə birgə mətbuat konfransı zamanı Almaniyanın Fələstin məsələsindəki mövqeyini kəskin tənqid edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“HƏMAS-ın bombaları yoxdur, lakin İsrail bütün bunlara malikdir və onlardan Qəzzaya qarşı istifadə edir. Sən Almaniya, bunu görmürsənmi? Sən Almaniya, buna əməl etmirsənmi? İsrail Qəzzanı vurmaqla yanaşı, həmişə aclıq və soyqırım yolu ilə onu yatırmağa çalışıb”, – Türkiyə lideri qeyd edib.
Xatırladaq ki, Mertsi, cavabında Almaniyanın 7 oktyabr 2023-cü il HƏMAS hücumundan sonra İsraillə həmrəy olduğunu və ölkənin özünümüdafiə hüququndan istifadə etdiyinə inandığını vurğulayıb. O, HƏMAS-ı girovları azad etməyə və silahlarını yerə qoymağa çağırıb.
Dəniz Pənahova
KONKRET.az

