Ərdoğan: İrana qarşı xarici müdaxilə region üçün ciddi risklər yaradırbackend

Ərdoğan: İrana qarşı xarici müdaxilə region üçün ciddi risklər yaradır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan digər ölkələrin, xüsusilə qonşu İranın daxili işlərinə xarici müdaxilənin bütün region üçün ciddi təhlükələr yaratdığını bildirib.

KONRKET.az xəbər verir ki, bu barədə o, Misir Prezidenti Abdel Fattah el-Sisi ilə Misirin paytaxtı Qahirədə keçirilən görüşdən sonra mətbuat üçün verdiyi birgə bəyanatda deyib.

Ərdoğan vurğulayıb ki, bölgədə sabitliyin qorunması üçün gərginliyin artırılması deyil, dialoq və diplomatiya əsas yol olmalıdır:

“Digər dövlətlərin daxili işlərinə müdaxilə, xüsusilə də qonşu İranla bağlı bu cür addımlar bütün region üçün böyük risklər yaradır. Ən məqsədəuyğun yol, o cümlədən nüvə sazişi məsələsi daxil olmaqla, İranla bağlı problemlərin diplomatik üsullarla həll edilməsidir.”

Türkiyə lideri qeyd edib ki, regional münaqişələrin danışıqlar yolu ilə həlli həm təhlükəsizliyin möhkəmlənməsinə, həm də iqtisadi və siyasi sabitliyə töhfə verə bilər.

Onun sözlərinə görə, Ankara bölgədə gərginliyin azaldılması, qarşılıqlı etimadın gücləndirilməsi və davamlı sülhün təmin olunması üçün diplomatik səylərini davam etdirəcək.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*