Ərdoğan Kılıçdaroğlunu sorğuda üstələdibackend

Ərdoğan Kılıçdaroğlunu sorğuda üstələdi

Türkiyə mayın 14-ü baş tutacaq prezident və parlament seçkilərinə hazırlaşır.

KONKRET.az xəbər verir ki, “Optimar” araşdırma mərkəzi Türkiyədə seçkiqabağı sorğu keçirib.

Aprelin 25-dən 28-nə qədər keçirilən sorğu zamanı 3005 nəfərə “Prezident seçkiləri zamanı kimə səs verəcəksiniz?” sualı ünvanlanıb. Respondentlərin 51,4%-i ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğana, 48,6%-i isə müxalifətin namizədi Kamal Kılıçdaroğluna səs verəcəklərini qeyd ediblər.

Bununla yanaşı, 4 namizəd arasında aparılan sorğuda isə respondentlərin 48,6%-i səslərini Ərdoğana, 44,1%-i Kılıçdaroğluna, 4,3%-i Muharrem İnceyə, 3%-i isə Sinan Oğana verəcəklərini bildiriblər.

Qəzet ilkin ehtimallara əsasən seçkinin ikinci turunun da olacağını istisna etmir.

Xatırladaq ki, seçki günü prezidentliyə namizədlər 50%-dən çox səs toplamasa, mayın 28-i seçkilərin ikinci turu keçiriləcək.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*