Türkiyədə prezident seçkiləri başa çatdıqdan sonra Rəcəb Tayyib Ərdoğanın millət vəkili seçilmiş üç nəfərlə işləyəcəyi deyilir.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, Ali Seçki Komissiyası (YSK) yekun nəticələri 1-2 gün ərzində açıqlayacaq.
Belə ki, mayın 29-da nəticələr elan olunarsa, Türkiyə Böyük Millət Məclisi iyunun 1-də toplanacaq.
MHP sədri Dövlət Baxçalı ən yaşlı üzv olaraq, yeni sədr seçilənə qədər Türkiyə Böyük Millət Məclisinə müvəqqəti rəhbərlik edəcək. Deputatlar and içdikdən sonra Məclis sədri vəzifəsinə seçki keçiriləcək.
Məlumata görə, TBMM sədri vəzifəsinə Ankaradan millət vəkili seçilən Fuat Oktay, Şanlıurfadan millət vəkili seçilən Bəkir Bozdağ və İstanbuldan millət vəkili seçilən Numan Kurtulmuşun adı çəkilir.
Rəcəb Tayyib Ərdoğanın ən geci iyunun 4-də and içəcəyi gözlənilir. Qeyd olunub ki, vitse-prezidentlər və nazirlər prezidentdən bir gün sonra and içəcəklər.
Xatırladaq ki, Ərdoğanın qərarı ilə səhiyyə, mədəniyyət və turizm nazirlərindən başqa 15 nazir deputat seçilib. Rəcəb Tayyib Ərdoğanın yalnız millət vəkili seçilmiş üç nəfərlə işləyəcəyi deyilir. Bunlar milli müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu və daxili işlər naziri Süleyman Soyludur.
İqbal Rzayev,
KONKRET.az
Kimlərlə.