Ərdoğan: “Malazgirt qələbəsi Qüdsün fəthinə yol açan dönüş nöqtəsi oldu”backend

Ərdoğan: “Malazgirt qələbəsi Qüdsün fəthinə yol açan dönüş nöqtəsi oldu”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muşe şəhərindəki Malazgirt Milli Parkında Malazgirt qələbəsinin 953-cü ildönümünə həsr olunmuş tədbirdə çıxış edib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.

Ərdoğan çıxışında Malazgirt qələbəsini təkcə türklərin deyil, bütün müsəlmanların qələbəsi adlandırıb.

“953 il əvvəl Sultan Mehmet Alparslanın fəthi sayəsində Anadolunun əsl türk yurdu olduğunu bütün dünyaya bəyan etdik. İstanbulun fəthi prosesində ən kritik addım Malazgirtdə atıldı. Malazgirt qələbəsi həm də Qüdsün fəthinə yol açan strateji dönüş nöqtəsi oldu. Malazgirt qələbəsi təkcə türklərin deyil, bütün müsəlmanların qələbəsidir”, – deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti qeyd edib ki, tarix onu əzbərləmək üçün deyil, yeni qələbələr qazanmaq üçündür:

“Biz Malazgirtə təkcə şanlı tariximizin qızıl dövrü kimi deyil, həm də Türkiyənin 2071-ə gedən yolunu işıqlandıran mayak kimi baxmalıyıq”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*