Ərdoğan sabah Yunanıstana GEDİRbackend

Ərdoğan sabah Yunanıstana GEDİR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Yunanıstana işgüzar səfər edəcək.

KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, Ərdoğanın Yunanıstana səfəri çərçivəsində iki ölkə arasında 20 müqavilənin imzalanması planlaşdırılır.

Məlumata görə, Türkiyə liderinin səfər proqramına yunanıstanlı həmkarı Katerina Sakellaropulu və Baş nazir Kiriakos Mitsotakislə görüşlər daxildir. Sonra iki ölkənin Əməkdaşlıq Şurasının plenar iclası olacaq.

Türkiyə Prezidentinin səfəri zamanı təhlükəsizliyin təmin edilməsinə 3,5 min nəfərdən çox polis əməkdaşı cəlb olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*