Ərdoğan xəstəlik xəbərindən sonra ictimaiyyət qarşısına çıxdıbackend

Ərdoğan xəstəlik xəbərindən sonra ictimaiyyət qarşısına çıxdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünü pis hiss etdiyinə dair yerli mətbuatda yayılan xəbərlər fonunda ictimaiyyət qarşısına çıxıb.

KONKRET.az xəbər verir ki, çərşənbə günü saat 15:30 radələrində Türkiyə telekanalları prezidentin hakim partiyanın Ankaradakı qərargahına gəlişini canlı yayımlayıb. Özbaşına maşından düşən Ərdoğan partiya üzvləri ilə salamlaşıb, qısa söhbət edib, daha sonra binaya daxil olub.

Qeyd edək ki, Ərdoğan çərşənbə günü Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderlərinin görüşməli olduğu İspaniyaya səfərini ləğv edib. Bloomberg agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb ki, səfərin ləğvi Ərdoğanın iş qrafiki ilə bağlıdır. Türkiyənin müxalifət mediası isə dövlət başçısının soyuqdəymə əziyyət çəkdiriyini iddia edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*