Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı aparıb.
KONKRET.az xəbər verir ki, müzakirələr zamanı Ankara ilə Kiyev arasındakı münasibətlər, Rusiya-Ukrayna sülh prosesi, həmçinin regional və qlobal məsələlər diqqət mərkəzində olub.
Ərdoğan vurğulayıb ki, Türkiyə Ukrayna və Rusiya arasında yüksək səviyyəli təmasların təşkili üçün tam dəstək verməyə hazırdır.