Ərdoğandan Kılıçdaroğluna SƏRT TƏPKİ: “Ayıb olsun”backend

Ərdoğandan Kılıçdaroğluna SƏRT TƏPKİ: "Ayıb olsun"

Ərdoğan Kılıçdaroğluna sərt cavab verib.

KONKRET.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifət namizədini “Rusiyanın Türkiyədəki seçkilərə müdaxiləsi” ilə bağlı bəyanatlarına görə “utanmağa” çağırıb.

“İndi Bay Kamal Rusiyanı da ələ salmağa başlayıb. Deyir, Rusiya seçkiləri idarə edir. Ayıb, çox ayıb. Bunu Amerika, İngiltərə və Almaniya idarə edir desəm, nə deyərdiniz?”, – deyə Ərdoğan bildirib.

O, Kılıcdaroğlunu yalançı adlandırıb.

Bundan əvvəl Kılıçdaroğlu Tvitter hesabında Moskvaya qarşı ittihamlar səsləndirib.

Siyasətçinin narazılığına onun Türkiyədə tanınan terrorçu Kürdüstan Fəhlə Partiyasının lideri ilə birlikdə çəkildiyi video səbəb olub.

Kılıçdaroğlu videonun ruslar tərəfindən montaj edildiyini açıqlayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*