KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı ölkənin Kommunikasiya Müdirliyinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) məlumat yayıb:
“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın sağlamlıq durumu ilə bağlı irəli sürülən iddialar qətiyyən doğru deyil. Məqsədli və əsassız iddialara inanmayın. Bunun məqsədi ictimaiyyəti manipulyasiya etməkdir”.