Ərdoğanın sözçüsündən erməni diasporuna SƏRT XƏBƏRDARLIQbackend

Ərdoğanın sözçüsündən erməni diasporuna SƏRT XƏBƏRDARLIQ

“Ermənistanla normallaşma Türkiyədə yaşayan ermənilərin də Ermənistanla daha rahat əlaqə qurmalarını təmin edəcək. Ancaq xüsusilə dünyanın iki ölkəsində, yəni Fransa və ABŞ-dakı erməni diasporu bu mərhələdə məsuliyyətli davranmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.

“Bəzi məqamlara görə bundan sonra 1915-ci il hadisələrinin “soyqırımı” olduğunu iddia edib, bunu şərt kimi gündəmə gətirməyin heç kimə faydası yoxdur. Artıq Cənubi Qafqazda yeni səhifə açılıb, yeni dövr başlayıb. Diaspor da bu reallıqları görməlidir. Bu baş verərsə, Cənubi Qafqazda yeni sülh və sabitlik dövrü başlayar”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*