Ərdoğanla birlikdə Sinan Oğan da Azərbaycana GƏLİRbackend

Ərdoğanla birlikdə Sinan Oğan da Azərbaycana GƏLİR

Bildiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək.

KONKRET.az xəbər verir ki, o, nümayəndə heyəti ilə birlikdə Bakıda səfərdə olacaq, bir sıra bəyanatlar səsləndirəcək.

“Yeni Şafak” qəzetinin məlumatına görə, Ərdoğanı müşayiət edəcək komandada prezident seçkilərinin ilk turunda iştirak edən ATA İttifaqının namizədi Sinan Oğan da yer alacaq.

Qəzet yazıb ki, Sinan Oğanın iki ölkənin nümayəndə heyətləri arasında keçiriləcək görüşlərdə iştirak edəcəyi gözlənilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*