Ərdoğanla Paşinyan nələri müzakirə edib? – İlk açıqlama (FOTOLAR)backend

Ərdoğanla Paşinyan nələri müzakirə edib? - İlk açıqlama (FOTOLAR)

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı görüşdə Ermənistan Baş naziri Nikol Paşinyanı qəbul edib.

KONKRET.az xəbər verir ki, Dolmabahçə sarayında baş tutan görüşdə Cənubi Qafqazda sülh və dialoq prosesləri, regiondakı aktual məsələlər və Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunub.

Ərdoğan Azərbaycan və Ermənistan arasında əldə edilmiş sülh razılaşmasının indiki şəraitdə böyük əhəmiyyət daşıdığını vurğulayıb, Türkiyənin regionun inkişafı üçün atılan addımlara dəstəyini davam etdirəcəyini bildirib.

Görüş zamanı iki ölkə arasında normallaşma prosesinin gələcək istiqamətləri də nəzərdən keçirilib. Prezident həmçinin Türkiyənin yalnız Qafqazda deyil, bütövlükdə bölgədə sabitliyin təminatı üçün diplomatik vasitələrdən geniş istifadə etdiyini, İsrail və İran arasındakı münaqişənin yaratdığı təhlükələri aradan qaldırmaq məqsədilə dünya liderləri ilə əlaqələri davam etdirdiyini qeyd edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*