Şəkidə 15 yaşlı qız 30 yaşlı kişiyə ərə verilib.
KONKRET.az xəbər verir ki, “Report”un çəkiliş qrupu həmin qızın yaşadığı evə yollanıb.
Məlum olub ki, yeniyetmə qızın ata və anası polis şöbəsinə dəvət olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, araşdırmalardan sonra fakt təsdiqini tapıb. Kiçik Dəhnə kənd icra nümayəndəsi Ayaz Əliyev deyib ki, hadisədən bu gün səhər xəbər tutub.
O, əlavə edib ki, icra nümayəndəliyində həmin kənddə15 yaşlı qızın ərə verilməsi ilə bağlı heç bir qeydiyyat aparılmayıb.
Əldə etdiyimiz məlumata görə, yeniyetmə qız Bakının Maştağa qəsəbəsində 30 yaşlı oğlanla evləndirilib.