Ərəb koalisiyasından husilərə AĞIR ZƏRBƏbackend

Ərəb koalisiyasından husilərə AĞIR ZƏRBƏ

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Yəməndə keçirdiyi hərbi əməliyyatlar zamanı son sutka ərzində husilərin iki yüzdən çox tərəfdarı öldürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə koalisiyanın nümayəndəsi məlumat verib.

Son gün ərzində koalisiya Marib əyalətində husilərə qarşı 17, Yəmənin mərkəzində yerləşən Əl-Beydə əyalətində isə 16 xüsusi əməliyyat keçirib.

Yanvarın 11-də ərəb koalisiyası üsyançıların nəzarətində olan ərazilərin bir hissəsinin azad edilməsinə yönəlmiş bütün cəbhələrdə genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri ilə husilərin silahlı birləşmələri arasında qarşıdurma davam edir. 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın ölkəyə hücumu ilə ən aktiv fazasına daxil olub. Münaqişə dünyanın ən böyük humanitar böhranına səbəb olub. BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənli – ölkə əhalisinin təxminən 80%-i humanitar yardıma ehtiyac duyur, məcburi köçkünlərin sayı isə 3 milyonu ötüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*