Ərəblərlə yaponlar konsey yaratdı – TƏFƏRRÜATbackend

Ərəblərlə yaponlar konsey yaratdı - TƏFƏRRÜAT

Səudiyyə Ərəbistanı ilə Yaponiya arasında tərəfdaşlıq şurası yaradılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Yaponiyanın baş naziri Kişida Fumio arasında videokonfrans vasitəsilə görüş keçirilib.

Görüşdə tərəflər 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında baş verən hadisələri və İsrailin hücumlarının dayandırılması, Qəzza zolağına humanitar yardımın çatdırılması və müstəqil Fələstin dövlətinin beynəlxalq aləmdə tanınması səylərinin dəstəklənməsi istiqamətində görülən işləri müzakirə ediblər.

Görüşdə əlaqələrin yaxşılaşdırılması imkanları, regional və beynəlxalq inkişaflar və bunlarla bağlı araşdırmalar müzakirə edilib, Səudiyyə Ərəbistanı ilə Yaponiya arasında tərəfdaşlıq şurasının yaradıldığı bildirilib.

Yaponiyanın baş naziri Kişida Səudiyyə Ərəbistanına ölkəsinə sabit xam neft tədarükünü təmin etdiyinə görə təşəkkür edərək, bu ölkənin qlobal neft bazarının sabitləşdirilməsində və təmiz enerji üçün qlobal təchizat zəncirlərinin dəstəklənməsində liderlik rolunu davam etdirmək arzusunu ifadə edib.

Vəliəhd şahzadə Bin Salman da ölkəsinin Yaponiyaya xam neft tədarükünü davam etdirmək əzmində olduğunu vurğulayaraq, ölkəsinin Yaponiya ilə digər sahələrdə, o cümlədən təmiz enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək istədiyinə işarə edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*