Əri qətlə yetirilən aparıcı Ece Erken yoxa çıxdıbackend

Əri qətlə yetirilən aparıcı Ece Erken yoxa çıxdı

Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa, aparıcı Ece Erkenin vəkil həyat yoldaşı Şafak Mahmutyazıcıoğlu silahlı hücum nəticəsində öldürülüb.

KONKRET.az xəbər verir ki, Ece Erkenin yaxın dostu, aparıcı Bircan Bali “Söylemezsem olmaz” proqramında mərhumun son sözlərini açıqlayıb:

“Şafak qardaşın son sözləri “Xahiş edirəm, məni xilas edin” olub”.

Canlı yayımda göz yaşlarına boğulan aparıcı Ece Erkeni hadisədən sonra tapa bilmədiklərini deyib: “Dəyərli qardaşımın bədəninə 7 güllə vuruldu. Xəstəxanada qan itirməkdən dolayı öldü. Əvvəlcə sürücünü vurublar, sonra Şafak qardaşı. Xəstəxana hadisə yerinə çox yaxındır. Saatlardır Ecedən xəbər ala bilmirik. Gecə xəstəxanaya gedib. Xəstənin öldüyünü öyrəndiyi an onu göndəriblər. O saatdan etibarən Eceylə kimsə əlaqə qura bilmir”.

Qeyd edək ki, Ece Erken Şafak Mahmutyazıcıoğlu ilə ötən ilin yayında evlənmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*