Ərinə xəyanət etsə də, özünü bədbəxt hiss etmir – FOTObackend

Ərinə xəyanət etsə də, özünü bədbəxt hiss etmir - FOTO

Rusiyalı teleaparıcı, jurnalist, siyasətçi Kseniya Sobçak ilk dəfə Konstantin Boqomolovla yaranan sevgi münasibətləri barədə açıq danışıb. Konkret.az xəbər verir ki, televiziya aparıcısı bildirib ki, artıq rejissora olan hisslərini ictimaiyyətdən gizlətmək niyyətində deyil. Axı o, indi həqiqətən xoşbəxtdir, baxmayaraq ki, uzun müddət bunu özünə etiraf etməkdən çəkinib.

Qeyd edək ki, hər ikisi sevgi yaşayarkən ailəli olub. Sobçak əri ola-ola ötən ilin may ayında Boqomolovla yataqda sevgi hisslərini bölüşüb. Sobçak ilk dəfə ondan müsahibə götürəndə ağlına da gəlmirmiş ki, nə vaxtsa sevgili aşiq-məşuq olacaqlar. Müsahibədən sonra Sankt-Peterburqda rejissor Sobçakı bir fincan qəhvə içməyə çağırır və görüşün nəticəsində Sobçak öz bədənini sevgi dolu hisslərlə Boqomolova təslim edir. “Mən bunu heç gözləmirdim və bunun baş verməsini istəmirdim. Ancaq sən buna qarşı çıxa bilməzsən. Sevgi sən idarə edə bilmədiyin tək hissdir”, – deyir Kseniya. O sonralar əri Maksimə hər şeyi etiraf edib.

Kseniya indi xoşbəxtdir. Kostyanın inanılmaz dərəcədə ağıllı olduğunu düşünür. “Bizi həm də birləşdirən bir olan enerjimiz var”,-deyə Kseniya gülümsəyir.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*