Bakıda ərini qətlə yetirməkdə təqsirləndirilən Gülnar Vəlizadəyə hökm oxunub.
KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Vəlizadə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin yanvarında Hövsanda baş verib. 1991-ci il təvəllüdlü Gülnar 1990-cı il təvəllüdlü əri Elşən Vəlizadəni bıçaqlayıb. Yaralı xəstəxanada vəfat edib. “Kriminalqafqaz”