Beynəlxalq Qadınlar Günündə Bakıda bir qrup aktivist qadının “8 Marş – Haqlarımız uğrunda” yürüşü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Aksiyadan bir gün sonra fəallardan biri Nərmin Şahmarzadənin yaxın çevrəsinə daxil olan Gülnarə Mehdiyeva, Bəxtiyar Hacıyev və digər aktivistlərlə mesajlaşmaları yayıldı. Həmin şəxsi yazışmalardakı psixoloji olaraq çətin vəziyyətdə olan yeniyetmə qadınlarla bağlı müzakirələr və şəxslər arasındakı intim söhbətlər də açıq formada paylaşıldı. Lakin adı çəkilənlər bunu montaj adlandıraraq hüquq-mühafizə orqanlarına müraciət ediblər. DİN Mətbuat xidmətindən məsələ ilə bağlı martın 12-də bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyev qeyd edilən halla bağlı nazirliyin 102 xidmətinə müraciət edib: “Müraciət aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə yönləndirilib. Bəxtiyar Hacıyev bölməyə dəvət edilərək ifadəsi alınıb. Hazırda araşdırma davam edir”.
Atalar deyir ki, “Od olmayan yerdən tüstü çıxmaz”. Kimin nəyinə lazımdır ki, kimlərinsə səsini, şəklini və yaxud yazışmasını montaj eləsin. Təcrübə göstərir ki, montaj halları ancaq şantaj məqsədi ilə edilir. Şantajınsa son hədəfi qarşı tərəfdən pul qoparmaqdır. Gülnarənin də, Nərminin də və hətta Bəxtiyar Hacıyevin də inanmıram ki, elə çox pulu olsun ki, kimlərsə də onları şantaj edib, nəsə qopartsın.
- Amma onu bilirəm ki, Bəxtiyar Hacıyev əsasən “vıyezd”də olan qadınların hüquqlarını müdafiə edir. Dubaydan, İstanbuldan və digər şəhərlərdən “komandirovka”dan qayıdan bir çox əxlaqsız qadının “hüquqları”nı qoruyanlardan biri də Bəxtiyar Hacıyevdir. O ki, qaldı Nərmin Şahmarzadəyə, bu günlərdə onun sosial şəbəkələrdə paylaşdığı şəkilləri görənlər onun kimliyini haqqında çox gözəl qərar verə bilər. Mən istər Nərmini, istərsə də Gülnarəni şəxsən tanımıram. Amma əminliklə deyə bilərəm ki, bu qadınların heç biri ailəli deyil və tənha yaşayırlar. Çünki onların standartları bunu tələb edir. Onların heç birinin türklər demiş hansısa kişinin ağız qoxusuna dözməyə halları yoxdur. Onlar da dünyanı belə dərk edirlər, belə görürlər.
Düşünürlər ki, azad qadının ailəsi olmalı deyil. O özü üçün yaşamalıdır. İstəyəndə Pub kafelərə, istəyəndə gecə barlarına getməlidir. İçki içmək, siqaret çəkməyə də belələri pis baxmır.
Amma onların bilmədikləri bir çox həqiqət var. Onlardan biri də qadının bu fani dünyadakı müqəddəs missiyasıdır. Qadının ən böyük və müqəddəs vəzifəsi dünyaya uşaq gətirməkdir. Bu dünyada qadın yeganə varlıqdır ki, insan yaradır, insan doğur. Bu, İlahi bir vergidir, imtiyazdır. Biz qadına, bir də Vətənimizə ana deyirik. Ata ocağı isə yalnız doğulduğumuz evə, kəndə deyirik. Fərqi görürsünüz? Məhəmməd peygəmbərimiz(s.ə.s) buyurub ki, “Cənnət anaların ayağının altındadır”. Yəni ey bəni insan, cənnəti görmək istəyirsənsə, get anana sığın, onunla nəfəs al, ayaqlarının altına uzan, rahat uyu. Türklərdə isə qadına hər zaman “sultan”,” XAN-ım” deyə müraciət edilib. Tayfalar arasında qanlı savaşı aqillər, ağsaqqallar durdura bilmədiyi halda bir türk qadının baş örtüyü dayandırıb. Belə bir ifadə var: “Ən böyük dövlət xadiminin arxasında hökmən güclü bir xanım dayanıb”. Türk ailələrində hər zaman ədalətli bölgü olub. Qadının vəzifəsi uşaq doğmaq, sağlam övlad böyütmək olub. Və evin bütün məsuliyyəti qadının üzərində olub. Evin kişisi isə heç zaman qadının işinə qarışmayıb. Onun vəzifəsi ancaq evə çörək gətirmək olub. Ona görə deyirlər ki, “Ata çörəkdir, ana ürək”. Hə zarafata birdə bəzi qazanc gətirməyən kişilərə deyiblər ki, “arvad kimi evdə niyə oturmusan?”.
Ev qadının qalası, kişininsə sığınacaq yeridir. İndiki qanunlarımız da bunu deyir. Boşanma zamanı qadınlara xüsusi imtiyazlar verilir. Ev və uşaqlar hökmən anaya verilir.
Atalarımız deyib ki, “Evi tikən də qadındır, yıxan da”, “Qadının yıxdığı evi heç fələk də yıxa bilməz”. Yəni qadın cəmiyyətimizdə və ailəmizdə güc kimi qəbul edilib. Çox təəssüf ki, son dövrlər ev yıxan qadınlarımızın sayı durmadan artır. Nə istədiyini və nə dediyini bilməyən, amma xarici amillərin təsiri altında olan qadınlar cəmiyyətimizə nifaq toxumu səpir.
İslam dəyərlərini və türk ailə ənənələrini hər vasitə ilə dağıtmağa çalışırlar. Və nə yazıq ki, bəzən buna nail də olurlar. Bu gün qızların ailədən qaçması, evli kişilərdən uşaq peydahlaması adi hal halıb. Bu gün telekanallarda ancaq bu cür mənəviyyatsızlıqlar təbliğ olunur. Qız evdən gedir, günahkar ata olur. Qadın pozğunluq üstündə bıçaqlanır, günah kişinin üstündə qalır. Hamı qaragüruhçu kimi atanın, ərin üstünə gəlir. Onu günahkar çıxardır.
Amma qadının kişilərin ləyaqətini ayaqlar altına atmasından danışan yoxdur. Bu gün qadın şiddət görürsə, bunun günahkarı ər və yaxud ata deyil. Ya şiddət görən özüdür, yada ki, cəmiyyət. Burda bir haşiyəyə çıxacam. Uşaq vaxtı atamın işi ilə bağlı Kür qırağında bir obada yaşayırdıq. Orda baş verən hadisə 40 ildən çoxdur ki, hafizəmdən silinmir.
Deməli, obadakı ailələrin birindəki subay bir qız hamilə çıxdı. O zaman buna çox pis baxırdılar. Və qızı hamilə olan ata rüsvayçılıqdan qurtulmaq üçün hamilə qızının boynuna bir daş bağlayıb Kürə atdı. Hamilə qız öldü. Və bunu eşidənlərin heç biri məsələni ictimailəşdirmədi. Eləcə atanı da həbs etmədilər. Əksinə, onun hərəkətini təqdir elədilər. Çünki o zaman buna ailə dəyərlərinin qorunması kimi baxırdılar. Amma indi bunun əksini görürük. Evdən qaçan və ilk tanışlıqdan birindən uşaq peydahlayan qız çıxır telekanallarımızın efirinə. Həmin telekanalların “aparıcı”ları da hücum çəkir bədbəxt atanın üstünə ki, niyə qızına yiyə durmursan? Biqeyrət vəziyyətdə qalan ata isə milyonlarla insanın qarşısında başlayır hönkürtü ilə ağlamağa. Və yaxud da ki, arvadının kminləsə mesajlaşdığına görə iki qapaz vuran ər az qala xalq düşməni çıxarılır.
Ümumiyyətlə, televiziyalara ailə məsələlərinin çıxarılması özü insanlığa zidd addımdır. Ailə münaqişəsinə baxılan məhkəmələr çox zaman qapalı keçirilir. Amma bu televiziyalarda qapalı heç nə yoxdur. Onlar istədikləri adamı efirə çıxarır, istədikləri mövzuda müzakirələr keçirirlər. Və hətta kimlərinsə haqqında hökm də verirlər.
Çox təəssüf ki, bu cür verilişlər yeniyetmə və gənc qızların yüngül həyat yolu seçməsinə təşviq edir. Çünki o verilişlərdə heç zaman atasının qürurunu qıran qızlar qınanmır, ərinin namusuna ləkə gətirən qadına “gözün üstündə qaşın var” deyilmir. Əksinə cəmiyyətə bu cür qadınlara sahib çıxmaq çağırışları edilir. Bu isə son nəticədə ailə dəyərlərini məhv edir. Ailədaxili münaqişələr və intiharlar artır.
Bu gün Azərbaycanda doğulan uşaqların 20 faizə yaxını nigahdan kənar dünyaya gəlir. Bu, sadəcə dəhşətdir, dünyanın və insanlığın sonu deməkdir. Bu, xristianlığın və Avropanın bizə təlqin elədiyi qadın azadlığının acı nəticəsidir.
Sonda bir dənə də xatırlatma etmək istəyirəm. Tanınmış rus yazıçısı Sofiya Miliband xatirələrində yazır ki, “Həyat yoldaşım həddən ziyadə liberal adam idi. Heç zaman mənim hansısa hərəkətimə irad bildirməzdi. Bu isə mənim qüruruma toxunurdu. Bir dəfə qərara aldım ki, ərimi təbdən çıxarım. Və bacardım. Necə əsəbləşdirdimsə mənə əl qaldırdı. Mən höhkürtü ilə ağlamağa başladım. Həyat yoldaşım etdiyinə necə peşiman olmuşdusa, məndən üzr istəməyə başladı. Mənsə şillədən deyil, sevincdən ağlayırdım. Axır ki, qarşımda arzuladığım kişi dayanmışdı. Öz sözü və öz qərarı olan kişi”…
Əminəm ki, istənilən qadın istəyir ki, onun yanında güclü kişi olsun. Həm fiziki cəhətdən, həm də ki, maddi cəhətdən. Zəif kişiyə qadınlar ikrahla baxır. Hətta ona “bambılı” deməkdən belə çəkinmirlər.
Surxay Atakişiyev,
KONKRET.az