“Arsaxın mövcudluğu üçün 5 günümüz var, 3 iyun həlledici gündür” – Saqatelyanbackend

"Arsaxın mövcudluğu üçün 5 günümüz var, 3 iyun həlledici gündür" - Saqatelyan

“3 iyun həlledici gündür, 5 günümüz var”.

KONKRET.az xəbər verir ki, bunu Müqavimət hərəkatının rəhbərlərindən biri İşxan Saqatelyan deyib. O bildirib ki, iyunun 3-dək bütün siyasi qüvvələr və dövlət qurumları müxalifətin Bakı və Ankara ilə münasibətlərlə bağlı təklif etdiyi bəyanata münasibət bildirməlidir.

Onun sözlərinə görə, müxalifət “erməni Arsaxı”nın mövcudluğu və Ermənistanın dövlətçiliyi üçün zəruri olan minimum tələbləri sənəd şəklində formalaşdırıb.

“Kim bu sənədə qarşıdırsa, erməni xalqına qarşıdır. Əgər kimsə bu sənədin əleyhinədirsə, o, ya başqa ölkənin agentidir, ya da düşmənin maraqlarına xidmət edir”, – Saqatelyan deyib.

Onun sözlərinə görə, MŞ-nin iyunun 3-də keçirilməsi nəzərdə tutulan növbədənkənar iclasına başlamazdan əvvəl bütün siyasi qüvvələr, ictimai təşkilatlar, ziyalılar, Milli Elmlər Akademiyası, bütün dövlət qurumları bu məsələ ilə bağlı qərar verməli və öz mövqelərini bildirməlidirlər.

“Bazar ertəsi saat 11:00-dan hamını meydana dəvət edirik, bir neçə istiqamətdə və bir neçə ünvanda gedək. Hər kəs öz növbəsində öz fraksiyasının deputatlarından tutmuş hökumət üzvlərinə kimi cavab verməlidir. Biz başa düşməliyik ki, kim xalqın əleyhinədir, kim onun tərəfindədir. Tam təsəvvür əldə etmək üçün 5 günümüz var. 3 iyun həlledici gündür”, – o vaxt qoyub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*