Ermənistanda azyaşlılar Azərbaycan ərazisində təxribat hazırlığına cəlb edilir.
KONKRET.az xəbər verir ki, bu barədə görüntülər erməni seqmentində yayılıb. Görüntülərdə ASALA terror təşkilatının simvolları altında uşaqlar öldürmək və Azərbaycan ərazisində təxribat törətmək üçün öyrədilir.
Erməni uşaqlara silah və partlayıcı maddələrlə necə davranmaq öyrədilir.
Azyaşlı uşaqların hərbi təlimi İrəvanın şimal ətrafı Nor Artametin kənarında keçirilir.
Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinə əsasən, 15 yaşından kiçik uşaqların hərbi xidmətə çağırılmasını, işə götürülməsini və ya hərbi əməliyyatlarda istifadəsi müharibə cinayəti hesab edilir.
Xuraman Etibarlı,
KONKRET.az