“Erməni cəmiyyəti gələcəyə hazır deyil” – Sergey Markovbackend

“Erməni cəmiyyəti gələcəyə hazır deyil” - Sergey Markov

“Erməni cəmiyyəti gələcəyə hazır deyil. Dağlıq Qarabağın tamamilə itirilə biləcəyini yaxşı anlayır. Bəlkə də Ermənistan nə vaxtsa özünə gələcək. Amma əvvəlcə kədərin bütün mərhələlərini – inkar, qəzəb, depressiya və qəbul mərhələlərini keçməlidir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Moskovskiy komsomolets” qəzetinə müsahibəsində deyib. Politoloq əlavə edib ki, “Vacib bir geosiyasi qələbə qazanan Putin digər əhəmiyyətli regional oyunçuları da unutmur. Müzakirələrdən dərhal sonra Putin Ərdoğana zəng edib və Moskvadakı danışıqların nəticələri barədə şəxsən məlumat verib. Çünki bölgənin gələcək uğurlu iqtisadi inkişafı və təhlükəsizliyi bir çox cəhətdən Türkiyənin mövqeyindən asılıdır. Türkiyə də müəyyən şərtlər daxilində Ermənistandan iqtisadi blokadanı götürməyə hazırdır. Bu qərar bölgədəki iqtisadi vəziyyəti kökündən dəyişdirəcək”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*