Erməni deputat: “Azərbaycan genişmiqyaslı hücuma keçəcək”backend

Erməni deputat: “Azərbaycan genişmiqyaslı hücuma keçəcək”

“İstisna etmirəm ki, bu dəfə Azərbaycan problemi dərhal həll etmək üçün genişmiqyaslı hücuma keçəcək”.

KONKRET.az xəbər verir ki, bunu aprelin 9-da jurnalistlərlə söhbətində deputat Armen Rastamyan deyib.

O, sual edib ki, əgər eskalasiya təhlükəsi yoxdursa, o zaman hakimiyyət niyə xalqı müharibə ilə qorxudur?

Rustamyan əmin olduğunu bildirib ki, bu, çox aydın proqramlaşdırılmış prosesdir. Onun fikrincə, görünür, erməni tərəfinin başqa yolu yoxdur və təslim olmalıdır.

“Şifahi danışıqlar sərhəd gərginliyi ilə sıx bağlıdır ki, yekunda Azərbaycan və Türkiyə onlar üçün məqbul nəticələr əldə etsin”, – o vurğulayıb.

Deputat bildirib ki, Paşinyan Azərbaycanın tələblərini təmin etmək üçün nə qədər güzəştə getməli olduğunu bilir: “Türkiyə və Azərbaycanın məqsədi regionda erməni amilini zərərsizləşdirməkdir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*