Ermənistanda daha bir qalmaqallı bəyanat gündəm olub. Belə ki, iqtidaryönlü oliqarx Qrzo (Xaçatur Sukiasyan) müxalifət deputatlarını, etirazçıları hədələyən açıqlamaları ilə diqqəti özünə çəkib.
KONKRET.az xəbər verir ki, Xaçatur Sukiasyanın sözlərinə görə, “Əgər onlar hakimiyyətə qarşı durmaqda davam edərlərsə, qətllər və həbslərlə qarşılaşacaqlar”.
Xatırladaq ki, erməni müxalifət mediası onu 2023-cü ilin sentyabrından davamlı təhdid və ittihamlarda ittiham edir. Yeri gəlmişkən, Xaçatur Sukiasyan “Ararat News”un sahibidir.
Erməni müxalifəti iddia edir ki, baş nazirlik və hökumətyönlü media ilə birlikdə o, son həftələrdə etiraz aksiyalarında Ermənistan vətəndaşlarına qarşı təqib və informasiya terroru həyata keçirir.
Natiq Səlim,
KONKRET.az