“Ermənistan hakimiyyəti üçüncü respublikanı ölümə doğru aparır”.
KONKRET.az xəbər verir ki, “Hayastan” fraksiyasının üzvü, deputat Artur Xaçatryan Ermənistan Respublikası Ali Sovetinin Müstəqillik Bəyannaməsinin qəbulunun 34-cü ildönümünə həsr olunmuş iclasda deyib.
O qeyd edib ki, Ermənistan Respublikasının əsasını Ermənistan Respublikası və “Dağlıq Qarabağ Respublikası” (DQR – Qarabağdakı sabiq qondarma rejimi nəzərdə tutur – red.) təşkil edir.
“Bu, dövlətimizin təməli idi. Bu gün Ermənistan hakimiyyəti Qarabağ erməniləri ilə diaspor erməniləri arasında uçurum yaratmağa, xalqımızı parçalamağa, onu qloballaşma cərəyanlarının əsirinə çevirməyə və erməni kimliyini tamamilə silməyə çalışır”, – deyə A. Xaçatryan bildirib.
Deputat vurğulayıb ki, erməni xalqının ümumerməni məqsədləri var:
“Ermənistan dövlətçiliyi “Artsax Respublikası” ilə Ermənistan Respublikasının birləşməsini elan edən dövlətdir. Bizi bu prosesdən yayındırmaq mümkün deyil”.
Natiq Səlim,
KONKRET.az