Ermənistan ordusunun Göyçə mahalının Zod kəndi yaxınlığında yerləşən postunda əsgərlərdən biri yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Ayağından yaralanan əsgər Basarkeçər xəstəxanasına yerləşdirilib.
Məlumata görə, əsgər öz silahından açılan atəş nəticəsində yaralanıb.
Qeyd edək ki, erməni ordusunda özbaşınalıq və xaos adi hala çevrilib. Hazırda yaralanan əsgərin də xidmət etməmək üçün öz-özünü vurduğu, yoxsa yoldaşı tərəfindən güllələndiyi müzakirə oluna bilər.