Erməni general: “Müharibəyə hazır deyildik” – ŞƏRHbackend

Erməni general: "Müharibəyə hazır deyildik" - ŞƏRH

Vətən müharibəsi başlayanda Erməni silahlı qüvvələri hansı faciə ilə üzləşəcəyindən xəbərsiz idilər. Otuz il ərzində “yenilməz ordu” imici yaradan ermənilər, “yeni müharibə, yeni torpaqlar” bəyənatı verməklə Azərbaycanın hərbi-siyasi rəhbərliyinin əsəbləriylə oynayırdılar. 2020-ci il sentyabrın 27-də isə hər şey dəyişdi. Hərbi əməliyyatlar göstərdi ki, 21-ci əsrin müharibəsini aparan Azərbaycan ordusu qarşıya qoyulan bütün tapşırıqları yüksək səviyyədə həyəta keçirib.

44 gün ərzində bir addım belə geri çəkilməyən ordumuz Ali Baş Komandanın tapşırıqlarını anındaca yerinə yetirib. Sarsıdıcı məğlubiyyətdən özünə gələ bilməyən Ermənistanda məğlubiyyətin səbəbləri hələ də araşdırılır, günahkarlar axtarılır. Rəhbərlik müharibə zamanı 11 min fərrarinin olmasını orduda hazırlığın lazımı qaydada qurulmamasıyla əlaqələndirib.

Bəzi siyasətçilər yüksək rütbəli zabitləri, əksəriyyət isə Nikol Paşinyanı qınayır. Amma reallıq tam başqadır. Bunların hər biri yerində olsaydı belə,yüksək hazırlıqlı Azərbaycan ordusu yenə qələbə qazanacaqdı.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərərgahının keçmiş rəisi, general-polkovnik Movses Akopyan isə hesab edir ki, müharibə diplomatiyanın iflasa uğramasından sonra başlayıb və Ermənistan müharibəyə hazır deyldi:

“Elə silahlar alındı ki, onlarla müharibə zamanı heç bir əməliyyat aparmaq mümkün olmadı. Mən hələ 2018-ci ildə demişdim ki, SU-30 və ASA-ları almağa ehtiyac yoxdur. Növbəti məsələ rəhbərliklə bağlı idi. Könüllü səfərbərlik orduya cox ciddi ziyan vurdu. Ordunun, komanda məntəqələrinin, hərbi hissələrin genişləndirilməsi həyata keçirilmədi. Müharibə zamanı yeni birləşmələr yaradılmadı. 31 nəfərdən ibarət xüsusi təlim keçmiş bir taqım dünyanın ən yaxşı 1000 əsgərindən daha çox potensiala malikdir. Belə taqımlar isə bizdə demək olar ki,yox idi” – deyə erməni general bildirib.

Beləliklə, məğlubiyyəti həzm edə bilməyən ermənilər,yeni təxribatlar törədir və sülhə mane olmağa çalışırlar. Amma unudurlar ki, öz ərazi bütövlüyünü təmin edən Azərbaycan bir daha münaqişənin alovlanmasına imkan verməyəcək.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*