Erməni hərbi qulluqçu öldübackend

Erməni hərbi qulluqçu öldü

Sentyabrın 16-da Ermənistanın Qeğarkunik vilayətində ölümlə nəticələnən hadisə baş verib.

KONKRET.az yerli KİV-ə istinadən bildirir ki, saat 10:25 radələrində “Tambarak” tibb mərkəzindən Tsambarak polis bölməsinə məlumat daxil olub.

Məlumatda qeyd olunub ki, “qapalı kəllə-beyin travması” diaqnozu ilə bir nəfər tibb mərkəzinə yerləşdirlib.

Polislər müəyyən ediblər ki, yaralı Tsambarak şəhər sakini, 39 yaşlı K. Argiştidir. O həmin gün saat 09:00 radələrində “ZİL” markalı nömrəsiz avtomobil ilə Vahan kəndinin sərhəd ərazisində döyüş mövqeləri yaxınlığında minaya düşərək partlayış nəticəsində yaralanıb.

Məlum olub ki, K. Argişti Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir. virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*