Erməni jurnalist Paşinyana səsləndi: “Vətən sənin və həyat yoldaşın üçün heç nədir”backend

Erməni jurnalist Paşinyana səsləndi: "Vətən sənin və həyat yoldaşın üçün heç nədir"

İş vətənpərvərliyədək gəlib çatdı. İkinci Erməni Qlobal Sammitində guya Nikol Paşinyan həddindən artıq səmimi olub (özünü səmimi göstərmək də bir manipulyasiya üsuludur).

KONKRET.az xəbər verir ki, bunu “hraparak.am” saytında erməni jurnalist Hasmik Babacanyan yazıb.

O, Paşinyanın dediklərini yada salıb:

“İndi bir şey deyəcəyəm. Yalnız bunu ailəmlə bölüşmüşəm. Bu mövzuda hətta ən yaxın komanda yoldaşlarımla belə danışmamışam. Baş nazir olduğumuz 2018-ci ildən bəri mövcud olan ən böyük problemimiz vətənpərvərliyimiz idi”.

Maraqlı olan nədir, bilirsinizmi? O, ailəsi ilə yalnız vətənpərvərliyin dağıdıcı tərəfindən danışıb. Komanda yoldaşları ondan qorxduqları üçün onlarla danışmayıb. Və yaxşı olardı ki, o, vətənpərvərlik mövzusunu ictimai tribunada müzakirə etməyəydi, yalnız ailəsi ilə danışardı. Çünki onun “vətənpərvərliyini” ancaq ailəsi anlayacaq. Yalnız onun ailəsi başa düşəcək ki, Qarabağın (keçmiş separatçı rejimi nəzərdə tutur) təhvil verilməsi və əhalinin Ermənistana köçürülməsi vətənpərvərliyin nəticəsidir. Şuşanın “təslim olması” böyük vətənpərvərlik aktı idi…Zəngəzurda yolun açılması, əsas magistralın bağlanması vətənpərvərlik idi. Və ümumiyyətlə, Ermənistanın öz sərhədindən çıxarılması vətənpərvərliyin ən parlaq nümunəsidir.

Və müharibəni dayandırmamaq, on minlərlə qurban və əlil vermək sizin vətənpərvərliyiniz son fəryadıdır.

Və dəhşətli nədir bilirsinizmi? Deyir, mənim ən böyük problemim vətənpərvərlik idi. Yəni öz problemlərindən narazı olan ölkə qeyri-vətənpərvərlər karvanına çevrilmək istəyir?

O, nəyi təbliğ edir? Niyə indiyə qədər “vətənpərvərlik mühazirəsini” gizli saxlayıb və indi açıqlayır. Bərəkətli zəmin yaratdımı, komanda yoldaşlarını susdura bildimi? O, vətənpərvərlik kampaniyasına başladımı?

Dialektə baxın. “Əgər mən vətənpərvər olmasaydım, bu, Ermənistanın maraqlarına vurduğum ən böyük zərbə olardı”.

O, vətənpərvərliyin dağıdıcı tərəfindən danışır və deyir: “Bu vətənpərvərlik modeli Ermənistan dövlətinin olmaması üçündür”.
Sizin vətənpərvər olduğunuzu ancaq həyat yoldaşınız etiraf edəcək, çünki Vətən sizin və onun üçün heç nədir. Bu mövzunu ailənizdən kənara çıxarmayın.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*