12-14 sentyabrda Rusiyada regional şura və bələdiyyələr səviyyəsində seçkilər keçirilir.i
KONKRET.az Oxu.az-a stinadən xəbər verir ki, ölkənin hakim partiyası olan “Vahid Rusiya”nın Soçi üzrə namizədi yerli erməni diasporunun rəhbəri Sos Martirosyandır.
Maraqlıdır ki, əslən İrəvandan olan bu şəxsin tərcümeyi-halı heç də qüsursuz deyil.
O, qabaqcadan əlbir olmaqla və zorakılıq tətbiq etməklə qrup şəklində soyğunçuluq ittiham üzrə məhkum olunub. Bu azmış kimi, Martirosyan ali təhsilini də yenicə başa vurub. O, 2024-cü ildə Ermənistanın Milli Politexnik Universitetini bitirib.
Qeyd edək ki, tərcümeyi-halındakı sadalanan məqamlara baxmayaraq, Martirosyan hazırda da Soçi şəhər şurasının fəaliyyətdə olan deputatıdır.