Erməni kəndində atışma: Muxtar və oğlu yaralandıbackend

Erməni kəndində atışma: Muxtar və oğlu yaralandı

Ermənistanın Araqatsotn rayonunun Tlik kəndində atışma olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Shamshyan.com” cinayət xronikası saytı yazıb.

Mənbə yazır ki, kəndin başçısı (muxtar) Slavik Saloyan və oğlu Manvel Saloyan yaralanıb.
Bildirilir ki, insident zamanı məmurun yaşlı anası da yıxılaraq xəsarətlər alıb.

Nəşrin məlumatına görə, davaya kənd icra başçısının qohumları cəlb olunub.
Hüquq-mühafizə orqanlarına atəş açanların kimliyi də məlumdur. Onlar sonradan hadisə yerindən qaçıblar. Hazırda polis həmin şəxsləri axtarır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*