Ermənistanın baş naziri Paşinyan bu yaxınlarda dar dairədə bildirib ki, payızda ölkənin xarici siyasətində gözlənilməz proseslər gözlənilir.
KONKRET.az xəbər verir ki, bu barədə erməni KİV-ə Nikol Paşinyanın komandasına yaxın mənbə məlumat sızdırıb.
Qeyd olunur ki, Paşinyan ana Rusiyanın sinəsinə qayıtmaq və ona yaxınlaşmaq niyyətindədir.
Mənbənin sözlərinə görə, Ermənistanın baş naziri bildirib ki, Avropa İttifaqı Ermənistanı qəbul etmir, onu düzgün maliyyələşdirmir, bu istiqamətdə heç bir addım atmır və kifayət qədər təhlükəsizlik zəmanəti vermir.
Natiq Səlim,
KONKRET.az