ERMƏNİ MAFİYASI və idman: Danışılmış oyunlar araşdırılırbackend

ERMƏNİ MAFİYASI və idman: Danışılmış oyunlar araşdırılır

Almaniyada nəşr olunan Die Welt qəzetinin verdiyi məlumata görə, avropalı təhqiqatçılar danışılmış tennis oyunları dalğasını araşdırırlar. KONKRET.az nəşrə istinadən bildirir ki, erməni mafiyası yeddi ölkədə əvvəlcədən təyin edilmiş nəticə ilə matçlar təşkil edibmiş.

Söhbət böyük bir oyun şəbəkəsindən gedir və təşkilatçılar 135 oyunçunu bu şəbəkəyə cəlb ediblərmiş. İştirakçılar arasında Peşəkar Tennisçilər Asosiasiyasının (ATP) reytinqində ilk 30-luqda qərarlaşan tennis ustası da var, amma onun şəxsiyyəti istintaq maraqlarına görə açıqlanmayıb.

Mənbənin sözlərinə görə, istintaqa əvvəlcə Belçika polisi başlasa da, sonradan qonşu ölkələrdən mütəxəssislər də istintaqa qoşulublar.

Məhkəmə artıq bir neçə şahidi, iştirakçını və xəbərçini dindirib. İştirakçılardan biri cinayət sxeminin üstünü açıb. İstintaqla əməkdaşlıq edən idmançıların ifadələrinə əsasən, polis bütün şəbəkəni aşkar etməyə çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*