KONKRET.az xəbər verir ki, Ermənistanın arka.am saytı bildirib ki, bu ölkənin 3 qonşu dövləti dünyanın ən güclü dövlətləri siyahısına düşüb. Qeyd edək ki, bu siyahıda İran 13-cü (ÜDM – 439,5 milyard dollar), Türkiyə 16-cı (851.1 milyard dollar), Azərbaycan 45-ci (40.7 milyard dollar) olub.
80 ölkə arasında iqtisadiyyatı ən güclü dövlət olan ABŞ liderliyini qoruyub, (ÜDM – 19,4 trilyon dollar), Rusiya ikinci yerdə (1,6 trilyon dollar), Çin ilk üçlüyü (12,2 trilyon dollar), İlk onluğa Almaniya, İngiltərə, Fransa, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı və Cənubi Koreya daxildir.
Reytinqə həmçinin MDB ölkələri daxildir: Belarus, 35-ci yer (54,4 milyard dollar, Ukrayna, 39-cu (112,2 milyard dollar) və Qazaxıstan, 43-cü (159.4 milyard dollar).
80 ölkə siyahısında son yerləri Litva (76-cı yer, ÜDM – 47,2 milyard dollar), Slovakiya (77, 95,8 milyard dollar), Sloveniya (78, 48.8 milyard dollar), Latviya (79-cu, 30.3 milyard dollar) və Estoniya (80, 25,9 milyard dollar) tutur.
Siyahı BAV Qrupu və Pensilvaniya Universitetinin Wharton Məktəbinin analitikləri tərəfindən tərtib edilib. Reytinq cədvəlinin tərtibində əsas göstəricilər iqtisadiyyatların qiymətləndirilməsi, siyasi arenadakı təsir, hərbi güc, dünya liderliyi və beynəlxalq alyanslarda iştirakdır.