“Azərbaycan irimiqyaslı silah alışını davam etdirir, lakin əvvəlki dövrlərdən fərqli olaraq onların əksəriyyətində konkret texnika, model, kəmiyyət haqqında ətraflı məlumat dərc edilmir”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.
Onun sözlərinə görə, yalnız görünən odur ki, əsas ticarət dövriyyəsi İsraillədir və müəyyən qısa fasilələrlə oradan tədarüklər qeydə alınır.
“Əlbəttə ki, Azərbaycanın ənənəvi tərəfdaşlarından Türkiyədən, Pakistandan tutmuş Avropa ölkələrinə kimi digər ölkələrlə əməliyyatlar barədə məlumatlar tez-tez mətbuatda yer alır.
Lakin Azərbaycan dayanmır və sülhsevər vədləri ilə yanaşı fəal şəkildə silahlanır”.
Günel Mikayılova,
KONKRET.az