Ermənistan ordusu Azərbaycanla şərti sərhəd boyunca yeni hərbi istehkamlar qurmağa davam edir. Sosial şəbəkələrdə yayılan kadrlarda erməni hərbçilərin müxtəlif növ silah və sursatları əraziyə topladığı, mövqeləri möhkəmləndirdiyi açıq şəkildə görünür.
KONKRET.az xəbər verir ki, kadrlardan aydın olur ki, Ermənistan tərəfi mövqelərini beton bloklar, tor kisələri və səngərlərlə gücləndirərək, mümkün döyüşlərə hazırlaşır. Həmçinin ağır silahların və texnikanın bölgəyə daşındığı müşahidə olunur.
Ətraflı videoda:
Natiq Səlim,
KONKRET.az